Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi MAQATE-nin Hakimlər Şurasının qətnaməsinə reaksiya verdi

GADTB: İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi MAQATE-nin Hakimlər Şurasının qətnaməsinin təsdiqindən bir saat sonra buna reaksiya verib.

Kamalvənd Qərb ölkələrini Tehranla “anlaşmağa və əməkdaşlığa” dəvət edərək deyib ki, onun fikrincə, Hakimlər Şurasına siyasi təzyiqlər təsir edib və bugünkü səsvermədə Səudiyyə Ərəbistanı kimi ölkələrin iştirak etməməsi müsbət səslərin azalmasına səbəb olan “təzyiq yanaşmasının” səmərəsizliyini göstərir.

“Bu gündən biz təhlükəsizlik zəmanətləri çərçivəsində tədbirlərə başladıq. Gözləntimiz odur ki, Qərb dövlətləri beynəlxalq təşkilatlardan sui-istifadə və təzyiq yanaşması əvəzinə qarşılıqlı fəaliyyət və əməkdaşlıq yolu tutacaqlar. Təcrübə onlara sübut etməlidir ki, İran siyasi təzyiqlər qarşısında öz ayrılmaz hüquqlarından əl çəkməyəcək”,-deyə Kamalvəndi əlavə edib./ Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …