
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad Məhəmmədianın (Ovçu) vəziyyətindən təxminən 22 gündür heç bir məlumat verilmir.
Fəalın harada saxlandığı və hansı səbəbdən həbs olunduğu məlum deyil.
Azərbaycan Milli Hərəkatının Qoşaçadan olan tanınmış fəalı Səyyad Məhəmmədian (Ovço) yalnız bir dəfə həyat yoldaşı Rübab Qulizadə ilə qısa telefon danışığı zamanı səhhəti barədə məlumat vermişdi.
Cəmi bir dəqiqə davam edən bu qısa telefon danışığında Səyyad Məhəmmədian hazırda Tehranda və ETTELAAT İdarəsinin təcridxanasında olduğunu qeyd edib.
Qeyd edək ki, Səyyad (Ovço) Məhəmmədian 2024-cü il mayın 15-də səhər saatlarında ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərində həbs edilmişdir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi