Cümə axşamı , Aprel 30 2026
azfa

Rəisini tənqid etdiyinə görə azərbaycanlı xanım 2 il həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Qasım Bodi Təbriz sakini olan azərbaycanlı xanımın helikopter qəzasında ölən İran keçmiş prezidenti İbrahim Rəisini tənqid etdiyinə görə həbs olunduğunu bildirib.

Azərbaycanlı vəkil bununla bağlı yazıb:

“İyunun 8-də 45 yaşlı, iki uşaq anası və ailə başçısı olan azərbaycanlı xanım Məryəm Bayramian Rəisinin Təbrizə səfəri zamanı çıxışına etiraz etdiyi üçün həbs edilib.

O, Təbriz İnqilab Məhkəməsi tərəfindən “hökumət rəsmilərini təhqir etmək” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də günahlandırılaraq iki il həbs cəzasına məhkum edilib.

Məryəm Bayramian bir müddətdir ki, zindandadır”.

Həmçinin yoxlayın

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …