
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, elektron poçta göndərilən bildiriş vasitəsilə iyunun 6-da Təbrizdə rejimin İnqilab Məhkəməsinin 2-ci bölməsində olmaları istənilən dörd azərbaycanlı milli fəal məhkəməyə getməkdən imtina edəcəklərini bildiriblər.
Azərbaycanlı fəallar Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Səbri məhkəməyə göndərdikləri məktubda barələrində irəli sürülüən ittihamlarla bağlı məhkəmə iclasının açıq keçirilməsini istəyiblər.
Azərbaycanlı fəallara qarşı “İslam Respublikası əleyhinə təbliğat”, “ölkənin daxili təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq”, “müxalif qruplara üzv olmaq” ittihamları irəli sürülüb.
Qeyd edək ki, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri ahəmin zərbaycanlı milli fəalları cari ilin may ayının 17-də həbs edib. Onlar 1 ay müddətinə dindirildikdən sonra, girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıblar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi