Molla rejimin həbs etdiyi azərbaycanlı fəala qarşı saxta ittihamlar irəli sürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT orqanları azərbaycanlı milli fəal İrəc Paşapuru iyunun 20-də həbs etdikdən sonra Germi şəhər zindanına aparıblar.

Azərbaycanlı fəal Germi şəhər Prokurorluğunun 1-ci bölməsinin müstəntiqi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə yaradılan qruplara üzv olmaq” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” kimi saxta ittihamlarla günahlandırılıb.

Azərbaycanlı milli və media fəalına 500 milyon tümən girov qərarı da çıxarılıb.

Qeyd edək ki, İrəc Paşapur sosial şəbəkələrdə mədəni, siyasi, ekoloji və insan haqları ilə bağlı paylaşımlarına görə tanınmış milli fəallardandır.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …