Cümə , İyun 26 2026
azfa

Güney Azərbaycanda Rəisiyə görə daha bir neçə sosial media fəalı həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində bir neçə sosial media fəalı İbrahim Rəisinin həlak olmasına münasibət bildirdiklərinə görə həbs edilib.

Astaranın qubernatoru Məhəmməd Rza Şahabzadə faktı təsdiqləyib.

“Kiber məkanda vətəndaşların İbrahim Rəisinin ölümünə görə sevindiklərini və şadlıq etdiklərini əks etdirən klip yayılıb, bu isə vətəndaşların hissiyyatına toxunub”,- fərmandar bildirib.

O, həmçinin saxlanılan şəxslərin İbrahim Rəisinin fotosu olan poster və bannerləri yandırdıqlarını söyləyib.

Həbs edilənlərin sayı, onların kimliyi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, mayın 19-dan bu günə kimi İbrahim Rəisinin ölüm xəbəri ilə bağlı məlumatlar yayan, şənlik edən yüzlərlə şəxs və sosial media fəalı saxlanılıb, çox sayda sosial media kanalı bağlanıb.

Həmçinin yoxlayın

Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir

GADTB: Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir. Ukrayna ordusu Krımın azad olunması əməliyyatına hazırlığa …

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib. Bu barədə …