Şənbə , Sentyabr 19 2026
azfa

“Blumberq” Fransanın İrəvana silah satması və Azərbaycanın qəti cavabından yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Blumberq” mənbələrinə istinadla yazıb ki, Fransa seçkilərin nəticələrindən asılı olmayaraq, Ermənistana hərbi dəstəyini davam etdirəcək.

Sayt iddia edib ki, Fransanın Ermənistana silah ötürməsinə Azərbaycan Fransa ərazilərində, Sakit okeanda, Karib dənizində və Latın Amerikasında davam edən Fransaya qarşı çıxışları dəstəkləməklə cavab verir.

Nəşr yazıb ki, Bakıda yerləşən qrup Fransa Polineziyası və Yeni Kaledoniya kimi yerlərdə müstəqillik tərəfdarlarını dəstəkləyərək, xaricdəki bir çox regionda Parisin hakimiyyətinə son qoymağa çalışır:

“Dünyada üçüncü ən böyük erməni diasporunun məskunlaşdığı Fransa İrəvanla yeni silah tədarükü müqaviləsi imzaladıqdan sonra qarşıdurma daha da şiddətlənəcək kimi görünür. Prezident Emmanuel Makronun təyin etdiyi növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Parisin Ermənistana hərbi dəstəyini davam etdirəcəyi gözlənilir”.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …