
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rjimi Tehranın Evin zindanında həbsdə saxladığı Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əbdüləziz Əzimi Qədim və Tahir Nəqəvini iyulun 13-də Tehranda İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırıb.
Fəalların saxta ittihamlarla mühakimə ediləcəyi gözlənilir.
Əbdüləziz Əzimi Qədimi hələ də aclıq aksiyasını davam etdirir. Bir aya yaxın aksiyadan sonra o, 15 kiloya yaxın çəki itirib və sağlıq durumu pisləşib.
Qeyd edək ki, hər iki milli fəalın həbsindən 6 ay keçir. Onlar qeyri-müəyyən şəraitdə həbsdə saxlanılırlar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi