Bazar , Sentyabr 20 2026
azfa

Təbrizdə molla rejimin həbsdə saxladığı fəla dəstək posterləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Təbrizin ictimai yerlərində molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal, tanınmış idmançı Kərim İsmayilzadəyə dəstək məqsədi bildiriən posterlər yayıblar.

Yayılan posterlərdə Kərim İsmayılzadənin həbsinin sifarişli və ədalətsiz olduğu bildirilib və onun sərbəst buraxılması istənilib.

Fəalların yaydığı posterlərin üzərində həmçinin “türk özgürlüyü yolunda ölümə doğru elə gedərik ki, ölüm bizdən qorxar” mətni yazılıb.

Qeyd edək ki, “insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.

Bir neçə xəstəlikdən əziyyət çəkən fəal iyunun 25-də mədə qanaxması və vəziyyətinin ağırlaşması ilə polis nəzarətində və ayaqları qandallı xəstəxanaya köçürülmüşdü.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …