Cümə axşamı , Oktyabr 15 2026
azfa

Böyük türk alimi Fərabinin əlyazması, silah və sikkələr tapıldı

GADTB: Özbəkistanın Namanqan vilayətində böyük türk mütəfəkkiri və alimi Əbu Nəsr Fərabinin əlyazması, habelə qədim silahlar və sikkələr tapılıb. Qiymətli tapıntılar Aksikent Arxeoloji Parkının ərazisindəki “Yenqi Aksi” kompleksində nümayiş etdiriləcək.

“Vzqlyad.uz” portalı xəbər verir ki, “Yenqi Aksi” kompleksinin eksponatlar fondu XI-XIV əsrlərə aid daha on qiymətli eksponat, o cümlədən Baktriya və Çin sikkələri, eləcə də orta əsrlər mütəfəkkiri Əbu Nəsr Fərabinin qədim əlyazması ilə zənginləşib.

Namanqanda tapılan qılınc, mütəxəssislərin fikrincə, XI əsrə aid edilir. Bu silah döyüşdən sonra qaldığı vəziyyətdə qorunub saxlanılıb. Qılınc Aksikent dəmirçiləri tərəfindən bərk poladdan hazırlanıb. Dünyanın polad mərkəzlərindən biri kimi tanınan Aksikent yumşaq və sərt polad istehsalı ilə tanınır. Bu materialların yaradılmasının sirri hələ də açılmayıb.

Baktriya sikkəsi 475-600-cü illərə, Çin sikkəsi isə XIX əsrə aiddir və tarixçi-alim Şerali Koldoşev tərəfindən ətraflı tədqiq edilib. Burada Əbu Nəsr Fərabinin yazdığı nadir kitab da tapılıb. Onun daha 3 nadir kitabı isə elm, fəlsəfə və tarixlə bağlıdır və unikal bilikləri ehtiva edir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …