Şənbə , Sentyabr 19 2026
azfa

Polşa Krım tatarlarının qətliam və deportasiyasını soyqırım kimi tanıyıb

GADTB: Polşa Parlamenti 1944-cü ildə Krım tatarlarının qırğını və deportasiyasını qətnamə qəbul edərək soyqırım aktı kimi tanıyıb. Bu qərar böyük səs çoxluğu ilə qəbul edilib: lehinə 414, əleyhinə 16 və bitərəf 2 səs.

Həmin qətnamədə deyilir: “1944-cü il mayın 18-də səhər saatlarında Sovet İttifaqının hakimiyyət orqanları Krım tatarlarını Krım yarımadasından qovmağa başladılar və tatarlar zorla köçürüldü. Cəmi 3 gündə 200 min insan Orta Asiya və Sibirə sürgün edildi.

Kanada, Ukrayna, Latviya və Litvadan sonra Polşa Krım tatarlarının öldürülməsini və məcburi deportasiyasını soyqırım kimi tanıyan beşinci ölkədir.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …