Şənbə , Noyabr 14 2026
azfa

ABŞ: “Avstraliyanın addımı İranın qlobal imkanlarını məhdudlaşdıracaq”

GADTB: ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında Avstraliyanın SEPAH-ı “terrorizmin dövlət sponsoru” kimi tanıması qərarını alqışlayıb. Departament bildirib ki, İran “dünyanın ən böyük terrorizmin dövlət sponsoru” olaraq qalır və SEPAH-ın Qüds qanadı vasitəsilə Hizbullah, HƏMAS və digər qrupları maliyyələşdirərək qlobal səviyyədə çoxsaylı hücumlara rəhbərlik edib.

Açıqlamada qeyd olunub ki, Avstraliyanın qərarı İran rejiminin və onun nümayəndələrinin terror hücumları planlaşdırmaq və xüsusilə dünya üzrə yəhudi icmalarına qarşı fəaliyyətlər üçün vəsait toplamaq imkanlarını məhdudlaşdıracaq.

ABŞ Trampın “İrana maksimum təzyiq” siyasəti çərçivəsində Avstraliya kimi tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini bildirib və digər ölkələri də İran rejimini məsuliyyətə cəlb etməyə çağırıb./Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …