Bazar ertəsi , Oktyabr 26 2026
azfa

ABŞ BMT Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnamə layihəsinə veto qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil məlumata görə, Dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib. İclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin Birləşmiş Ştatlar veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdə iki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.

Xatırladaq ki, ötən həftə BMT Təhlükəsizlik Şurasında yayılan qətnamə layihəsində qeyd olunur ki, Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ləğv edilməlidir. Sənəd ölkələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın