Cümə , Dekabr 27 2024
azfa

ABŞ-ı Türkiyənin Rusiyadan S-400 alması narahat edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ üçün ən ağırı Ankaranın Moskvadan S-400 raket sistemi almaq barədə qərar verməsidir.

Bu açıqlama ilə Rusiya Strateji Tədqiqatlar İnstitutunun Yaxın və Orta Şərq Mərkəzinin rəhbəri Vladimir Fitin çıxış edib. Onun sözlərinə görə, Türkiyənin NATO üzvlüyü ABŞ-la münasibətlərdəki böhrana baxmayaraq, iki ölkə arasında əlaqələrin kəsilməsinin qarşısını alıb.

Fitin bildirib ki, ABŞ üçün ən ağır Türkiyənin S-400 raket sistemi almasıdırsa, Türkiyə üçün Fətullah Gülənin ekstradisiya edilməməsi, ABŞ-ın Suriya böhranının həllindəki qeyri-müəyyən mövqeyi və ABŞ ordusunun orada ziddiyyət yaratmasıdır.

“Bütün bunlar bu iki ölkəni bir-birindən ayırır”, – o qeyd edib.

Həmçinin yoxlayın

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Bir cavab yazın