Bazar , Sentyabr 6 2026
azfa

ABŞ insan haqlarının kobud pozuntusuna görə İrana qarşı yeni sanksiyalar qəbul etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İranın dövlət, polis və məhkəmə orqanlarının keçmiş və indiki 8 məsul şəxsini, habelə 4 polis və məhkəmə orqanına insan haqlarının kobud şəkildə pozulmasına görə sanksiyalar tətbiq etdi.

Dekabrın 7-də Amerika Maliyyə Nazirliyinin Xarici Əmlaklara Nəzarət İdarəsi bu barədə açıqlama verib.

Açıqlamada bildirilir ki, İranın Polis Qüvvələri Xüsusi Alayının komandanı Həsən Kərəmi, Özəl Alayın komandanlarından olan Rza Musəvi Əzəmi, “NOPO” Xüsusi Alayının komandanlarından Mohsen İbrahimi, terror təşkilatı olan Sepah məmurlarından olan Əli Həmteyan və Məsud Səfdəri, Muhəmməd Kərəmi və digər dövlər rəsmiləri, polis məmurları və s. sanksiyaya məruz qalıblar.

Eyni zamanda 2020-ci ilin yanvar ayında Əli Xamenei və onun dəftərxanası ilə bağlantısına görə sanksiya olunan “Bəsic” qüvvələri komandanı Qulmarza Süleymaniyə insan hüquqlarını kobud şəkildə pozduğuna görə yenidən sanksiya tətbiq olunub.

Həmçinin Qərçək zindanının rəisi Suğra Xodadadi 2019-cu il noyabr etirazları zamanı Qüds şəhərinin icra başçısı olmuş və etirazçıları güllələmə əmri verdiyini bildirən Leyla Vaseqiyə qarşı da snksiya tətbiq olunub.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …