ABŞ İran istiqamətində hərəkət edən neft tankerini Hellfire raketi ilə vurduğunu açıqlayıb

GADTB: ABŞ ordusu İran istiqamətində hərəkət edən bir neft tankerini Hellfire raketi ilə hədəfə aldığını və onun hərəkətinin dayandırıldığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanata görə, ABŞ qüvvələri çərşənbə axşamı Botsvana bayrağı altında üzən “M/T Lexi” adlı neft tankerini İrana qarşı tətbiq olunan dəniz mühasirəsi çərçivəsində hədəfə alıblar.

CENTCOM-un iddiasına əsasən, gəmi 24 saat ərzində ABŞ qüvvələrinin xəbərdarlıqlarına və göstərişlərinə məhəl qoymayıb. Nəticədə ABŞ hərbi təyyarəsi Hellfire raketi ilə gəminin mühərrik bölməsini vuraraq onun hərəkətini dayandırıb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, bu əməliyyat tankerinin İrana çatmasının qarşısını alıb. ABŞ ordusu həmçinin qeyd edib ki, aprelin 13-də İrana qarşı dəniz mühasirəsinin başlanmasından bəri altı gəminin hərəkəti dayandırılıb, İran limanlarına daxil olmaq və ya oradan çıxmaq istəyən 122 digər gəminin isə marşrutu dəyişdirilib.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …