Çərşənbə , İyul 15 2026
azfa

Gündəlik Arxivlər: İyun 19, 2026

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərini ölkəyə dəvət etməsi və nüvə obyektlərində yoxlamalara icazə verməsi ilə bağlı iddiaları rədd edib. O bildirib ki, hərbi hücumlar nəticəsində Agentliyin çıxış imkanlarını itirdiyi obyektlərdə yoxlamaların bərpası danışıqların gedişindən və əldə olunacaq nəticələrdən asılı …

Ətraflı oxu »

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. Bəyanatda yanvar etirazlarının zorakılıqla yatırıldığı, nəticədə minlərlə mülki şəxsin həyatını itirdiyi bu hadisələr tənqid edilib. Avropa Birliyi daxili narazılığın yatırılması məqsədilə ölüm hökmünün tətbiqini və geniş yayılmış özbaşına həbsləri qınayıb. Bəyanatda qeyd olunub ki, İranda …

Ətraflı oxu »

Molla rejimin Miyandabdakı Qeydiyyat İdarəsi 7 aydır Elman adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: Qərbi Azərbaycanın Miyandoab şəhərində fəaliyyət göstərən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 7 aya yaxındır ki, bir körpəyə türkcə “Elman” adı ilə doğum şəhadətnaməsi verilməsindən imtina edir. Ailə məhkəmədə qalib gəlsə də, idarə rəhbərinin bu adın qeydiyyata alınmasına qarşı çıxdığı bildirilir. Körpənin əmisi Əli Yusufi #Balamın_Adı kampaniyasına bildirib ki, qardaşı …

Ətraflı oxu »

İsrailli nazir: İran İslam Respublikası ilə razılaşma əldə etmək mümkün deyil

GADTB: İsrailin mədəniyyət və idman naziri Miki Zohar ABŞ administrasiyasının İran İslam Respublikasına münasibətdə tutduğu mövqeni tənqid edərək bildirib ki, Tehranın Vaşinqtona qarşı səsləndirdiyi təhdidlər İranla uzunmüddətli və etibarlı razılaşmanın mümkün olmadığını göstərir. Miki Zohar sosial şəbəkə platforması X-də paylaşdığı mesajda yazıb ki, İran İslam Respublikasının ABŞ-ı açıq şəkildə təhdid …

Ətraflı oxu »

Fransa: Gözləntilərimiz təmin olunmadan BMT-nin İrana qarşı sanksiyalarının ləğvinə razılıq verməyəcəyik

GADTB: Fransanın xarici işlər naziri Jean-Noël Barrot xordadın 29-da bəyan edib ki, Paris BMT Təhlükəsizlik Şurasının İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə yalnız Tehranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar Fransanın gözləntilərinə cavab verəcəyi halda razılıq verəcək. Fransa xarici siyasət idarəsinin rəhbəri bildirib ki, bölgədə sabitliyin təmin olunması …

Ətraflı oxu »

İran İraqda ərəb ölkələrinə qarşı hücumlar üçün yeni gizli terrorçu qrup yaradıb

GADTB: Reuters agentliyinin İraqın hərbi və təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın bölgədəki müttəfiq silahlı qruplarına qarşı artan təzyiqləri aşmaq məqsədilə İraqda birbaşa özünə tabe olan yeni gizli qruplar təşkil edib. İraqın hərbi və təhlükəsizlik qurumlarından olan səkkiz mənbə, eləcə də şiə silahlı …

Ətraflı oxu »

Pentaqon İranla müharibə və digər xərclər üçün 80 milyard dollar əlavə vəsait istəyib

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, məlumatlı mənbələr bildiriblər ki, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə qanunvericilərlə keçirdiyi görüşlərdə Pentaqonun İranla müharibənin xərclərini və müharibə ilə birbaşa əlaqəsi olmayan bəzi digər layihələri maliyyələşdirmək üçün əlavə 80 milyard dollar büdcəyə ehtiyacı olduğunu açıqlayıb. Məlumata görə, ABŞ Konqresinin …

Ətraflı oxu »

Əli Babayi siyasi məhbusları müdafiə etdikdən sonra təkadamlıq kameraya köçürüldü

GADTB: Təbriz Mərkəzi Həbsxanasından daxil olan məlumatlara görə, Əli Babayi digər siyasi məhbuslara qarşı rəftarın və təzyiqlərin qarşısını almağa çalışdıqdan sonra təhlükəsizlik əməkdaşları tərəfindən döyülərək təkadamlıq kameraya yerləşdirilib. Məlumatlara əsasən, fəalın ictimai telefondan istifadə və ailəsi ilə əlaqə saxlamaq hüququ da məhdudlaşdırılıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, son günlər siyasi məhbuslara …

Ətraflı oxu »