Bazar , Sentyabr 20 2026
azfa

ABŞ İranın quldurluğunun qarşısını almaq üçün Körfəzə F-16 qırıcıları göndərir

GADTB: ABŞ Körfəz bölgəsində gəmiləri İranın ələ keçirməsindən qorumaq üçün F-16 qırıcıları göndərəcək.

Bu barədə “Associated Press” yüksək səviyyəli müdafiə rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon rəsmisi ABŞ-ın bu həftə sonu Körfəz bölgəsinə F-16 qırıcıları göndərəcəyini açıqlayıb.

Bildirilib ki, bu addım İranın keçən həftə boğaz yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək onlardan birinə atəş açmasından sonra atılıb.

Müdafiə rəsmisi F-16-ların su yolu ilə hərəkət edən gəmiləri havadan qoruyacağını və İrana qarşı çəkindirici bir vasitə olaraq hərbçilərin bölgədə görünməsini artıracağını qeyd edib.

“ABŞ Yaxın Şərqdə İran, Rusiya və Suriya arasında artan əlaqələrdən getdikcə daha çox narahatdır”, – o əlavə edib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …