Bazar ertəsi , Fevral 9 2026
azfa

ABŞ irqçi fars rejimin xarici işlər naziri Zərifə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ hökuməti irqçi fars rejimin Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bununla bağlı yaydığı bəyanatda deyib ki, Məhəmmədcavad Zərif istər birbaşa, istərsə də dolayısı yolla İranın rəhbəri Əli Xamneyiyə işləyir. Xamneyini təmsil edir və onun düşünülməmiş əmr və göstərişlərini yerinə yetirir.

O deyib: “Zərif İran rəhbərinin siyasətlərini icra edir. O bütün dünyada İran hakimiyyətinin sözçüsü sayılır. ABŞ bununla da İran rejiminə açıq və şəffaf bir mesaj göndərir. Mesaj da bundan ibarətdir ki, İran hakimiyyətinin regionda rəftar və əməlləri qəbuledilməzdir.

İran rejimi öz vətəndaşlarının sosial şəbəkələrdən istifadə etməsini məhdudlaşdırdığı bir vaxtda, Məhəmmədcavad Zərif həmin ictimai şəbəkələrdən və mediadan istifadə edərək propaqanda aparmaqla və bu rejimin yalan təbliğat və iftiralarını yaymaqla məşğuldur.

Bundan başqa, Zərif elə bir Xarici İşlər Nazirliyinin rəhbəridir ki, o bütün fəaliyyətini İran rejiminin ən şər qurumlarından olan “Sepah”ın “Qüds” qanadı qüvvələri ilə koordinasiya edir”.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın