GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın “Fox News” telekanalının Los-Anceles şöbəsinə sızan erməni işçi Gürcüstan və Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi təqdim edib.
Erməni müəllif Araksya Karapetyan tərəfindən hazırlanan reportajda “böyük Ermənistan” uydurmaları gündəmə gətirilib.
İddia olunur ki, SSRİ Naxçıvan və Qarabağı Azərbaycana, Cavaxetiya və Axalkalakini isə Gürcüstana verib.
Reportajda tarixi həqiqətlər təhrif edilərək bu torpaqların ermənilərə məxsus olduğu iddia edilir.