Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ-nin qüvvələrinə bölgədə əlavə hərbi texnika göndərilir

GADTB: ABŞ-İran-İsrail müharibəsi fonunda San Dieqoda şimala doğru hərəkət edən və çoxlu sayda hərbi texnika daşıyan yük qatarı videoya çəkilib. Kadrlarda zirehli maşınlar və digər hərbi nəqliyyat vasitələrinin uzun bir növbəsi görünür.

Videoya əlavə edilmiş səsli mesaj daha sonra məxfilik və təhlükəsizlik səbəbləri ilə silinib. Mesajda deyilir ki, qatar təxminən 15 dəqiqədir keçib və əvvəllər belə bir şey görülməyib.

Silinmiş mətndə qeyd olunub: “Bunun Yaxın Şərq müharibəsi ilə əlaqəli olub-olmadığını bilmirəm. Onların əksəriyyəti nəqliyyat və zirehli maşınlar kimi görünür”.

Daha öncə “Reuters” agentliyi xəbər vermişdi ki, ABŞ-nin Yaxın Şərqdə 50.000-dən çox əsgəri var və onların sayı artmaqda davam edir. San Dieqodan minlərlə dəniz piyadasının bölgəyə yerləşdirilməsi hazırda davam edir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …