Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Kostarika SEPAH, Hizbullah, Həmas və Husiləri terror təşkilatları kimi tanıdı

GADTB: Kostarika İranın ideoloji-hərbi qanadı olan SEPAH-ı, eləcə də İran rejiminin dəstəklədiyi Hizbullah, Həmas və Ənsarullah (husi silahlı dəstələri) qruplarını terror təşkilatları kimi tanıyıb.

Kostarika hökumətinin yaydığı bəyanata əsasən, bu qərar ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən «mövcud məlumatların araşdırılması və terrorizmə qarşı beynəlxalq öhdəliklərlə uyğunluq çərçivəsində» qəbul edilib.

Kostarika bildirib ki, bu qərar «kəşfiyyat qurumlarına və məhkəmə orqanlarına qarşısının alınması, araşdırma və cinayət təqibi sahəsində imkanlarını gücləndirməyə və bu təşkilatlara dəstək verə biləcək mümkün maliyyə və logistika şəbəkələrinə qarşı daha qətiyyətli tədbirlər görməyə» şərait yaradacaq.

Həmçinin qeyd olunub ki, bu addım «bu qrupların ölkə daxilində hər hansı fəaliyyətinin və ya təsirinin qarşısını almaq və əhalinin təhlükəsizliyini, eləcə də demokratik institutların bütövlüyünü qorumaq» məqsədi daşıyır.

Gideon Saar, İsrailin xarici işlər naziri, bu qərarı alqışlayaraq Kosta Rikanın prezidenti Rodrigo Chaves və hökumətini «etik liderliklərinə görə» təbrik edib. O bildirib: «Bu qəti addım İranın dəstəklədiyi terrorizmə qarşı beynəlxalq koalisiyanı gücləndirir.»

Qeyd edək ki, Kostarika Latın Amerikası ölkələrindən biridir.

Bundan əvvəl Argentina hökuməti də 31 mart tarixində Sepah Pasdaranı «terror təşkilatı» elan etmişdi. Eyni zamanda Argentina İranın müvəqqəti işlər vəkili Məhsen Tehrani-ni «arzuolunmaz şəxs» elan edərək ölkədən çıxarmışdı.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …