GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın hərbi karvanı Suriyanın PKK/PYD terror qruplaşmasının nəzarəti altında olan Əl-Şəddadi bazasına növbəti dəfə silah daşıyıb.
Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-ın iki hərbi helikopteri Əl-Şəddadi hərbi bazasına enib, 25-ə yaxın amerikalı hərbçi İraq sərhədinə doğru gedib.
Suriyanın Qamışlı bölgəsində çəkilən görüntülərdə ABŞ hərbçilərinin İraqın şimalından Suriyanın şimalına girdikləri əks olunub.