
GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı SEPAH-ın bir sıra əsas komandirləri barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.
ABŞ tərəfi bildirir ki, bu şəxslərin komandanlığı altında olan bölmələr ABŞ hərbçilərinə qarşı silahlı hücumlarda və ABŞ-ın mühüm infrastrukturuna qarşı zərərli kiber əməliyyatlarda iştirak edib.
Elan olunan siyahıda Əhməd Vəhidi, Əli Abdullahı, Səid Aqacani, Həmid Rza Ləşgəriaan və Məcid Xadəmi adlı beş şəxs yer alıb.
ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramının açıqlamasında bildirilir:
“Bu şəxslər ABŞ qüvvələrini silahlı hücumlarla, ABŞ-ın mühüm infrastrukturunu isə zərərli kiber əməliyyatlarla hədəfə alan SEPAH bölmələrinə rəhbərlik edirlər.
Bu təhdidlərin qarşısının alınmasına bizə kömək edin. Məlumatlarınızı bu gün göndərin.
SEPAH-ın əsas rəhbərləri barədə məlumat üçün 10 milyon dollara qədər mükafat nəzərdə tutulur.
Açıqlamada qeyd olunur ki, sözügedən şəxslər SEPAH-ın müxtəlif bölmələrinə rəhbərlik edir. ABŞ Dövlət Departamenti SEPAH-ı bütün dünyada terror fəaliyyətlərini planlaşdıran, təşkil edən və həyata keçirən qurum kimi təqdim edib.
Proqram SEPAH-ın adıçəkilən və digər əsas rəhbərləri, eləcə də onunla əlaqəli qollar barədə məlumatı olan şəxsləri məlumat təqdim etməyə çağırıb. Məlumatların “Tor” sistemi və ya “Signal” vasitəsilə göndərilə biləcəyi bildirilib.
Açıqlamaya görə, təqdim edilən məlumatlar mükafat almaqla yanaşı, məlumat verən şəxsin başqa bir yerə köçürülmək imkanına da uyğun gəlməsinə səbəb ola bilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi