Cümə , Dekabr 27 2024
azfa

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib. Bu barədə çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib.

Vaşinqton administrasiyasının rəhbəri deyib: “Mən, maliyyə naziri Stiven Mnuçinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim”.

Eyni zamanda, ABŞ-ın lideri Türkiyənin Suriyadakı addımlarından razı qalmadıqları təqdirdə, sanksiyaları bərpa etməyə hazır olduğunu açıqlayıb: “Sanksiyalar, bizim xoşlamadığımız bir şey olmayana qədər ləğv olunacaq”.

Tramp, Ankaranın Suriya aid üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türk poladına və Türkiyədən gətirilən digər mallara rüsumları əhəmiyyətli dərəcədə artıracağını söyləyib.

Çərşənbə günü Tramp, digər ölkələri Türkiyə ilə Suriyanın aralarındakı sərhəd üzərində nəzarəti gücləndirməyə kömək etməyə çağırıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın