Şənbə , Sentyabr 28 2024
azfa

Aclıq aksiyası keçirən azərbaycanlı məhbus xəstəxanaya aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Babək Dadbəxş mayın 22-də vəziyyətinin pisləşməsinə görə xəstəxanaya köçürülüb.

Məlumata görə, barəsində çıxarılan ədalətsiz hökmə etiraz olaraq aprelin 14-dən aclıq aksiyasına başlayan Babək Dadbəxş huşunu itirdikdən sonra həbsxananın tibb işçiləri onun xəstəxanaya çatdırılmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Babək Dadbəxş 2018-ci ilin noyabrında Tehranda həbs edilmişdi. Ərdəbil şəhərindən olan azərbaycanlı məhbusun ailə üzvləri və bacısının yaydığı açıq məktubda ona qarşı irəli sürülən ittihamların əsassız olduğu, Babəkin dinc və özünə qapalı həyat tərzi yaşadığı qeyd olunmuşdu.

Babək Dadbəxş 2019-cu ilin may ayında İran Məhkəmə Sisteminin sədrinə yazdığı açıq məktbda özünə qarşı irəli sürülən ittihamların saxta olduğunu etmişdi.

 41 yaşı olan Babək Dadbəxş evli və 2 övladı olub. Lakin keçirdiyi qəzada həyat yoldaşı və övladlarından birini itirib.

Həmçinin yoxlayın

Bitərəf mənbələr təsdiq etməsə də İsrail ordusu Həsən Nəsrullahı öldürdüyünü deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hələlik bitərəf mənbələr təsdiq etməsə də İsrail ordusu …

Molla rejimi həbs etdiyi İbrahim Asimanini Təbrizdə Mərkəzi zindana köçürüb

GADTB: Azərbaycanlı yazıçı Zöhrə Vəfainin dəfn mərasimində İranın ETTELAAT məmurları tərəfindən həbs edilən Güney Azərbaycanın …