Cümə axşamı , Mart 23 2023
azfa

Aclıq aksiyasını dayandıran Siyamək Mirzayi zindanın 8-ci bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yenidən şərləyərək Tehranın Evin zindanına saldığı və hüquqlarının təmin edilməsi tələbi ilə aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi yeni saxta ittihamla bağlı mülki vəsiqə qarşılığında azadlığa buraxılacağına razılıq verildikdən sonra aclıq aksiyasını dayandırıb və zindanın 8-ci bölməsinə köçürülüb.

Qeyd edək ki, azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlamışdı.

İrqçi fars rejim yenidən şərlədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin girov qarşılığında müvəqqəti zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun müvəqqəti zaminə buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın