Cümə , Aprel 19 2024
azfa

Alban türk şəxs adları

GADTB: Yazılı mənbələrin yoxluğu üzündən Şimali A zərbaycan ərazisində yaşamış əhalinin eradan əvvəlki əsrlərdə siravi şəxs adları məlum deyil. A lban tarixçisi Moisey Kalankatlı ən qədim zamanlardan (əfsanəvi Yafətdən – Cənubi Qafqazda yaşayan xalqların ulu əcdadından) IX əsrə qədər yalnız albanların çarlarının adlarını vermişdir.

Burada bir məsələni oxucunun nəzərinə çatdırmaq lazım gəlir. İş burasındadır ki, antik mənbələrdə haqqında danışılan Alban çarlığı A zərbaycanın Kürdən şimaldakı ərazisini əhatə edirdi. Təxminən er. əv. III – II əsrlərdə yaranmış bu çarlıq eranın I əsrinin əvvəllərində süqut edir.

Bunun səbəbi aydın deyil. Ehtimal ki, şimaldan gələn türk tayfaları bu çarlığa son qoymuşlar və eranın əvvəllərindən Ərən onu çarlığına birləşdirmişdir. Kürdən cənubdakı A zərbaycan ərazisi isə indiki Ermənistan ərazisi daxil olmaqla er. əv. VII əsrdə yaranmış Sak çarlığına daxil idi. Bu barədə yuxarıda demişik. Sak

çarlığının nə vaxt dağıldığı da məlum deyil, güman ki, bu hadisə er. əv. IV əsrdə baş vermişdir. Eranın I əsrinin ortalarında indiki Şimali A zərbaycan ərazisində (deməli, həm Kürdən şimalda, həm də cənubdakı ərazidə) yeni A lban çarlığı yaranır. Musa Kalankatlı da Sak çarlığının hökmdarlarının adlarını çəkir, Kürdən şimalda mövcud olmuş Alban çarlığının adları ona məlum deyil. A lban tarixçisi Musa Kalankatlı eranın I əsrinin 60- cı illərində Hakimiyyətə keçmiş çar Ərənə qədər Alban hökmdarlarının adlarını çəkmişdir (I kitab, 8-ci fəsil). Lakin onun siyahısında əfsanəvi və tarixi şəxsiyyətlər qarışdırılmışdır. Həmin adların içərisində Ərən (deməli, müəllifin yazdığına görə, İbrahim peyğəmbərin müasiri olmuşdur), Ərbak, Zaban (İsa peyğəmbərin müasiri), Pərnak, Əmbək, Ərnək, Əncaq, Bazuk, Kornak, Skaordi və b. da çəkilir. Bu adların hamısı türkmənşəlidir.

A R A N

Qədim türkcə ərən – ―igid‖, ―cəsur‖ sözündən ibarətdir. Ə r b a k. Qədim türkcə ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ və bak – ―bəy‖, ―tayfa başçısı‖ sözlərindəndir. Midiyada Arbak şəxs adı ilə eynidir. Z a b a n. Qədim türkcə zəban, çaban sözündəndir (bax aşağıda Albaniyada Cavanko adına).

P A R N A K

Qədim türkcə bar – ―var‖, ―özüdür‖ və ınak – ―dost‖, ―etibarlı adam‖, ―yaxş ı yoldaş‖ sözlərindəndir.

Ə M B A K

Qədim türkcə əm – ―bacarıqlı‖ ―məharətli‖ və bak – ―bəy‖, ―tayfa başçısı‖ sözlərindəndir. Ə r n ə k. Qədim türkcə ər – ―kişi‖, ―igid, döyüşçü‖ və ınak – ―dost‖, ―etibarlı adam‖, ―yaxşı yoldaş‖ sözlərindəndir. Attilanın oğlanlarından İrnak, Orta Asiyada Xivə xanı İrnak (1668-1688) şəxs adları ilə eynidir.

Ə N C A K

Qədim türkcə ənq – ―irəlidə gedən‖, ―öndə dayanan‖ (cərgədə, döyüşdə) və sak, çak – ―oyaq‖, ―huşyar‖, ―diribaş‖ sözlərindəndir.

B A Z U K

Qədim türkcə bazuk – ―iri gövdəli‖,

―dolu bədənli‖ sözündəndir. Hunlarda Əm-Bazuk şəxs adı ilə eynidir.

K O R N A K

Qədim türkcə kür – ―səbatlı ər‖, ―möhkəm‖ və ınak – ―dost‖, ―etibarlı adam‖ sözlərindəndir. Yuxarıda dediyimiz kimi Kürdən şimalda mövcud olmuş Alban dövlətinin çarlarının adları A lban tarixçisinə məlum deyil. Həmin dövlətin bəzi çarlarının adları antik mənbələrdə çəkilir.

O R O Y S

Er. əv. I əsrdə Alban çarı. Adın bu formasını Plutarx yazmışdır (Plutarx, Lukull, 34). Appian bu adı Oroz, Oriz, Dion Kassi isə Oris kimi qeyd etmişdir. Əsl forması Appianın qeyd etdiyi Orozdur ki, bu da əslində Oruz, yaxud Uruz adının fonetik ş əklidir. Türkcə ―xoşbəxt əlamət‖, ―xoş nişanə‖, ―qismət‖, ―nəsib‖, ―xoş güzəran‖, ―sağlamlıq‖, ―sərvət‖, ―var-dövlət‖ mənalarında olan orəz, oraz, orıs, ırıs, oruz (166, I, 667) sözündəndir. Firdovsinin ―Şahnamə‖ sində Alp Arus (Alp Ər Tunqanın oğlu), ―Kitabi Dədə Qorqud‖da Uruz, XII əsrdə Orta Asiyada Uruzbək (100, 616), Çingizxan dövründə qırğız inallarından biri Urus, Qırğız sultanlarının banisi Urus xan, XIV əsrdə Orta Asiya xalqlarının hakimi Orusxan(Qazaxıstanda Aq Orda xanı – 1361 – 1380) və b. şəxs adları ilə müqayisə olunur.

K O Z İ S

Oruzun qardaşının, Alban sərkərdəsinin adı (Plutarx, Lukull, 34). Latın dilinin fonetikasına uyğun ş əkildə verilmiş bu adın əsl forması məlum deyil. Güman ki, türk dillərində ―Kozik ulduzu‖ adlanan ulduzun adındandır (məsələn, qırğız dilində qütb ulduzu ―Altın kozık‖, Oğlaq bürcü ―Təmir kozik‖ adlanır). ―Oğuznamə‖nin uyğur variantında Kazuk şəxs adı vardır (179, 27). Monqollarda və türklərdə Kuçuk şəxs adı da ―kozik‖ sözünün fonetik formasıdır. Z o b e r. Er. əv. I əsrdə, Alban çarının adı. (Dion Kassiy, XI, I, 24). Yunan və latın dillərində ―ç‖, ―c‖, ―ş‖ səsləri olmadığına görə, güman ki, adın başlanğıcındankı ―z‖ s əsi əslində ―ç‖ yaxud ―ş‖ səsini ifadə edir. Lakin bu səs köklü ―s‖ da ola bilər. Bir sıra türk dillərində çəpər (lakin

xakasca sibət, başqırdca səbər, monqolca tsəbər, buryat-monqolca səbər) ―təmiz‖, i―gözəl‖ (L. Z. Budaqov, II, 467),―qayda-qanunu sevən‖, ―intizamlı‖, ―ehtiyatlı‖, ―vicdanlı‖, ―nəcib‖, ―düz‖ (160, III, 1993) sözündəndir. Qeyd edilməlidir ki, türk dillərində çəbər, çəvər, şəvər formalarında olan bu söz çoxmənalıdır. Məsələn, qırğızca çəbər – ―mahir‖, ―mərhəmətli‖, ―cəld‖, ―diribaş‖, ―zirək‖, ―çevik‖, ―fəndgir‖, qazaxca şəbər – ―usta‖, uyğurca çəvər – ―mahir‖, başqırdca sibər – ―qanışirin‖, ―suyuşirin‖, ―məlahətli‖, ―cazibəli‖, xakasca səbər – ―səliqəli‖,

türkməncə çəpər – ―gözəl‖ və s. mənalarındadır (106, 142, 326). Er. əv. V əsrdə sak çarı Sabar, hun Kuturqur tayfasının xanı (559-cu il) Zaberxan, VII əsrin ikinci yarısında Şərqi Türk xaqanlığında Şibir xaqan, VIII əsrdə türk bolqarların çarı Sabar, IX əsrdə Arsaxda hakim Savar şəxs adları ilə eynidir.

Qiyasədsin Qeybullayev,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …