Çərşənbə , Oktyabr 21 2026
azfa

Almaniya: İran ölümcül silah texnologiyası əldə etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın Şlezviq-Holşteyn əyalətinin yaydığı təhlükəsizlik məsələləri ilə bağlı hesabatı İranın kütləvi qırğın silahları texnologiyası əldə etmək səylərini göstərir. İranın qanunsuz vasitələrdən istifadə edərək gizli şəkildə fəaliyyət göstərdiyi deyilir.

Almaniyanın Şlezviq-Holşteyn əyalətinin təhlükəsizlik məsələləri üzrə hesabatı 218 səhifədə dərc edilib. Hesabatda 19 halda İranın adı çəkilir.

“Jerusalem Post” qəzeti adıçəkilən əyalətin hesabatına istinadla, İranın kütləvi qırğın silahları istehsalı üçün lazım olan həssas mal və texnologiyanın alınması və idxalına dair səyləri barədə xəbər verir.

Bildirilir ki, İran İslam Respublikası “ABC” silah texnologiyası ilə yanaşı, həssas ikili təyinatlı məhsullarını gizli və məxfi şəkildə əldə etmək üçün qanunsuz metodlardan istifadə edib.

Qeyd edək ki, ABC silahları kütləvi qırğın silahlarına deyilir və nüvə, bioloji və kimyəvi silahlara şamil olunur.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …