Cümə , Oktyabr 16 2026
azfa

Almaniya və Britaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı

GADTB: Almaniya və Britaniya İrana səyahətlə bağlı xəbərdarlıq ediblər. Onlar öz vətəndaşlarını bu ölkəyə səfər etməməyə və orada olanları isə İranı dərhal tərk etməyə çağırıb.

Dünən Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında “Avropanın tətik mexanizmini işə salmaq qərarı” fonunda bütün alman vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.

Alman vətəndaşlarına uçuşların ləğvi riskini nəzərə alaraq, ölkəni tez bir zamanda tərk etmələri və XİN-nin xüsusi siyahısında qeydiyyatdan keçmələri tövsiyə edilib.

Eyni gün Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına İrana səfər etməməklə bağlı xəbərdarlığını yeniləyib. Nazirlik bildirib ki, Britaniya və ya Britaniya-İran ikili vətəndaşları İranda həbs riski ilə üzləşə bilərlər.

Hələlik bu xəbərdarlığın hər hansı bir hücumla bağlı olub olmaması məlum deyil.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …