Cümə axşamı , Oktyabr 15 2026
azfa

Urmiya gölünün qurumasının əsas səbəbi səmərəsiz idarəetmə və bənd tikintisidir

GADTB: Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunun professoru Mehdi Zare Urmiya gölünün suyunun həcminin 1995-ci ildəki səviyyəsi ilə müqayisədə 98 faizdən çox azaldığını bildirdi. O, vurğulayıb ki,  bu il arzu olunmaz proqnoz reallığa çevrildi və bu, quruma milyonlarla insanın sağlamlığını təhlükəyə salır. Yaxın Şərqdəki bu ən böyük şoran gölün quruması səmərəsiz idarəetmənin, körpülərin və keçid yollarının tikintisi və qidalanan çaylarda 40-dan çox bəndin tikintisi kimi insan müdaxilələrinin nəticəsidir.

Zare deyib ki, Urmiya gölünün quruması nəticəsində milyonlarla insanın sağlamlığı və yaşayışı risk altındadır.

Mehdi Zare Urmiya gölünün suyunun həcminin 1995-ci ildəki səviyyəsi ilə müqayisədə 98 faizdən çox azaldığını bildirib.

“Bu il ölməkdə olan göllə bağlı bədbəxt proqnoz reallığa çevrildi.Yaxın Şərqdəki bu ən böyük şoran gölün quruması səmərəsiz idarəetmənin, körpülərin və keçidlərin tikintisi kimi insan müdaxiləsinin və onu qidalandıran çaylarda 40-dan çox bəndin tikintisinin nəticəsidir.” – deyə o bildirib.

Zare gölün tarixən yerli iqlimin tənzimlənməsində, yayı sərin, qışın isti keçməsində, regional yağıntıların normalarına təsir göstərməsində mühüm rol oynadığını qeyd edib.

Həmçinin yoxlayın

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …