Çərşənbə , Fevral 11 2026
azfa

Almaniyanın televiziya kanalının müxbirləri Traxturun yarışı üçün Təbrizə gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın ZDF televiziya kanalının müxbiri Güney Azərbaycanın Traxtur futbol komandasının İstiqlal komandası ilə yarışını işıqlandırmaq məqsədi ilə Təbrizə gələcək.

Artıq ZDF televiziya kanalının müxbirinin Təbrizə səfərlə bağlı hazırlıq işlərini gördüyü açıqlanıb. Məlumatda görə, səfərdən məqsəd yarışda Traxtur tərəfdarlarının stadiondakı aktivliyini dünya ictimaiyyətinə çatdırmaqdır.

Alman müxbirlər oktyabrın 23-də saat 15:00-da Təbrizin şəhid Mədəni hava limanına daxil olacağı Azərbaycan (Pars) hotelində qalacağı bildirlir.

Qeyd edək ki, Güney Azərbaycanın Traxtur komandası tərəfdarları gündən günə artdığı üçün dünyada böyük şöhrət qazanıb.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın