Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Amerika Çinin İranla müstəmləkəçilik xarakteri daşıyan müqaviləsinə sanksiyaları müzakirə edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Çinin İranla müstəmləkəçilik xarakteri daşıyan 25 illik müqaviləsinə qarşı sanksiyaları müzakirə edəcək.

Ağ Evin sözçüsü bu barədə məlumat verib. Eyni zamanda ABŞ İranın dağıdıcı siyasəti ilə bağlı bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.

ABŞ prezidenti Co Bayden tərəfindən imzalanan və Amerika Konqrəsinin rəhbərliyinə göndərilən yazılı bildirişdə deyilir ki, Amerika İran və Güney Sudana qarşı sanksiyaların müddətini uzadıb.

“İran hökumətinin hərəkətləri və siyasəti Amerikanın milli təhlükəsizliyi, xarici siyasəti, iqtisadiyyatı üçün qeyri-adi və xüsusi təhlükə yaratmağa davam edir”,-deyə Amerika prezidenti diqqətə çatdırıb.

Sənəddə qeyd edilib ki, Bayden bu təhdidə cavab olaraq İrana qarşı hərtərəfli sanksiyalıarı qüvvədə saxlamağa qərar verib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …