Bazar ertəsi , Oktyabr 19 2026
azfa

15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istəyir

Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına dünyanın fərqli ölkələrindən ciddi maraq var.

Onun sözlərinə görə, hazırda 15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istəyir. “Bu mənada Türk Şurası dünya diplomatiyasında parlayan bir ulduzdur”, – deyə Baş katib vurğulayıb.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderlərinin sabah videoformatda keçiriləcək qeyri-formal görüşünün gündəliyi açıqlanıb.

Zirvə Görüşündə təşkilata üzv bütün ölkələr dövlət başçısı səviyyəsində (Macarıstan Baş nazir səviyyəsində) təmsil olunacaq və iclas 15:00-da başlayacaq.

Zirvə Görüşünə Şuraya rəsmi üzv olmayan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da qatılacaq. Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

Zirvədə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq. Bu deklarasiya çərçivəsində qədim Türküstan əhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …