Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Qırmızı Bazar ərazisinin Azərbaycanın nəzarətinə keçəcəyii bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qırmızı Bazar ərazisinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçməsi üçün danışıqlar gedir.

Bu sözləri Ermənistanın strateji araşdırmalar mərkəzinin rəhbəri Qrant Məlik-Şahnazaryan bildirib.

“Bir ay əvvəl xəbərdarlıq etdim ki, bu kəndi nəzarətdə saxlamaq lazımdır. Amma artıq gecdir. Bu torpaqların Azərbaycana verilməsi işlərinə artıq start verilib. Bundan başqa, yaxın vaxtlarda Kəlbəcər rayonunun bütün ərazisi Azərbaycan tərəfinə təhvil veriləcək”, – deyə erməni ekspert qeyd edib.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycan Milli Məclisi Ağdərə rayonunu ləğv edərək, onun ərazisini Tərtər, Ağdam və Kəlbəcər rayonlarına verib. Beləliklə, Kəlbəcərin ərazisi 3 min kv/km-ya çatıb.

Ancaq Kəlbəcər rayonu hazırda sovet dövründəki inzibati ərazisi sərhədlərində (1936 kv/km) boşaldılıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …