Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Amerika Şərqi Türküstanda uyğurların icbarı əməyinə görə Çin mallarının idxalına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Şərqi Türküstanda uyğurların icbarı əməyinə görə  bu bölgədə istehsal olunan Çin mallarına idxalına qadağa qoydu

Bu məqsədlə Amerika prezidenti Co Bayden qanun layihəsini imzalayıb və Çinin uyğur türkləri yaşayan bölgəsi Sincandan (Şərqi türküstan) gətirilən mallara rəsmən qadağa qoyub.

Qərara görə, Amerika şirkətləri o halda sözügedən bölgədən mal idxal edə bilərlər ki, məcburi əməyin olmadığına dair mötəbər sənəd və sübutlar təqdim etsinlər.

Qeyd edək ki, Çin işağ etdiyi Şərqi Türküstanda uyğur türklərini bir millət kimi məhv etmək məqsədilə onlara qarşı müxtəlif formalarda soyqırım tətbiq edir. Çin Kommunist rejimi həmçinin uyğurları kölə kimi həbs edərək, məcburi əməyə cəlb edir. Bu ha haqlı olaraq insan haqları təşkilatları və sivil ölkələrin etirazı ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …