Amerikadan İrana görə Yaxın Şərqə çox sayda hərbi qüvvə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehrana ciddi xəbərdarlıq məqsədilə ötən üç həftə ərzində Yaxın Şərqə xeyli sayda hərbi hava qüvvələri göndərib.

Bu addım İran tərəfdən və SEPAH-a bağlı iraqlı yaraqlıların ABŞ qüvvələrinə hər hansı hücum ehtimalına kəskin cavab verməsi üçün atılıb.

Məlumatlara görə, ABŞ-ın Körfəzə qoşun göndərməsi iki ədəd Boing B-52 “Stratofortres” bombardmançı təyyarə göndərməklə başlayıb. Mayın 5-dək Körfəzə ezam edilən bu növ bombardmançı təyyarənin sayı 6-ya çatdırılıb.

Bu təyyarələr həmin tarixədək Körfəzin göyərtəsində uçuşlar edib ABŞ-da öz bazalarına qayıdırdı, ancaq indi onlar bölgədə saxlanılır. Bunun davamı olaraq, ABŞ-ın F-18 qırıcılarından ibarət bir eskadriliya bölgəyə gətirilib.

Qeyd edək ki, İranın bölgədə terroru dəstəkləməsi qonşu ölkələr, o cümlədən İraqda da dəfələrlə etirazla qarşılanıb. Bir neçə gün öncə Kərbəla şiələri İran konsulluğunu odlayıb, “Rədd ol İran, rədd ol Xamenei” şüarları səsləndirmişdi.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …