Cümə , Sentyabr 25 2026
azfa

Amnesty international molla rejimin məhbusları edam etməsindən narahatdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amnesty İnternational molla rejiminin dörd məhbusu “gizli edam” edə biləcəyindən narahatdır.

Təşkilat İran rejimindən ölüm hökmünə məhkum edilən məhbusların taleyinə aydınlıq gətirməyə istəyib və bildirib: “Hakimiyyət orqanları dörd məhbusun ailəsinə məlumat verməkdən imtina edir. Bu isə həmin məhbusların işgəncələrə məruz qalması və ya gizli şəkildə edam edilməsi ilə bağlı narahatlığa səbəb olub”.

Hüseyin Silavi, Əli Xəsrəci və Naser Xəfaciyan martın 31-də məhbusların Əhvaz şəhərindəki Şeyban zindanında keçirdikləri etirazdan bir neçə saat öncə, Hidayət Abdullahpur isə mayın 9-da Urmiya zindanından naməlum yerlərə aparılıblar.

Beynəlmiləl Əfv Təşkilatı yaydığı açıqlamada, İran rəsmilərindən “onların ailələrinə daha artıq əzab və iztirab verilməsini dərhal dayandırmağa” çağırıb.

Onlarla bağlı hər hansı planın dayandırılması və dosyelərinə yenidən baxılması” istənilib.

Təşkilatın bildirdiyinə görə, həmin dörd məhbus “son dərəcə ədalətsiz mühakimə edilib və ciddi işgəncələrə məruz qalmaqla” edama məhkum ediliblər.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın