Cümə , Oktyabr 16 2026
azfa

Antiazərbaycan kürd valinin sərsəmləməsinə təbrizli deputatdan cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin İran parlamentindəki deputatı Əhməd Əlirzabeygi Qərbi Azərbaycan əyalətinə rejimin təyin etdiyi kürd vali Məhəmməd Sadiq Mötəmediyanın Urmiya gölü ilə bağlı sərsəmləməsinə cavab verib.

Millət vəkili Kermanşah kürdü olan Qərbi Azərbaycana gətirilən valinin hökumətin Urmiya gölünün bərpasına çalışdığı barədə iddialarını əsassız adlandırıb.

O, Urmiya Gölünün Bərpası Qərargahının əyalət valisi Məhəmməd Sadiq Mötəmediyanın nəzarətinə verilməsindən sonra ekoloji faciənin daha da dərinləşdiyini deyib.

Əlirzabeygi hazırda iddia olunduğu kimi, su anbarları və çaylardan Urmiya gölünün su payının buraxılmadığını bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin valisi Urmiya gölü ilə bağlı etirazları əsassız adlandırıb, hökumətin gölü bərpa etdiyini deyib və gölün durumu ilə bağlı etiraz edənləri düşmən adlandıraraq onların cəzalandırılmasını tələb edib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …