Cümə , Aprel 26 2024
azfa

Avropa İttifaqı ölkələri Rusiyadan diplomatlarını geri çağırır

GADTB-nin Mətbuat Mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Avropa İttifaqının bir sıra üzv dövlətləri Böyük Britaniyada Rusiya kəşfiyyatının sabiq zabiti Sergey Skripalın zəhərlənməsi işi ilə əlaqədar öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı düşünürlər.  

Bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən zirvə toplantısında iştirak edən mənbə deyib. “Bəzi ölkələr öz diplomatlarını geri çağırmaq və ya Rusiya diplomatlarını çıxarmağı nəzərdən keçirir”, deyə mənbə bildirib. O, hazırda Aİ üzvlərindən yarısından azının, o cümlədən Fransa, Polşa və 3 Baltik ölkəsinin bu tədbirləri planlaşdırdıqlarını söyləyib.

Qeyd edək ki, artıq Aİ liderləri təşkilatın Rusiyadakı səfiri Markus Edererin məsləhətləşmələr üçün geri çağırılması barədə qərar qəbul ediblər.

Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş və daha sonra Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı “Noviçok” tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb. London bu məsələdə Moskvanı ittiham edərək 23 Rusiya diplomatını (əslində kəşfiyyat zabitini) ölkədən çıxarıb və bu ölkə ilə siyasi təmasları dayandırıb. Rusiya da analoji addım ataraq 23 Britaniya diplomatını “arzuolunmaz şəxs” elan edib.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın