Avropa Parlamentinin Çinə türklərə zülmlə bağlı çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Parlamenti (AP) Çinə uyğur, qazax və tibetlilərin səbəbsiz həbs edilmə hallarına son qoyulması və bütün düşərgələrin bağladılması üçün çağırış etdi.

Fransanın Strasburq şəhərində keçirilən AP-nin ümumi iclasında Çini barələrində ittiham, mühakimə yaxud məhkumiyyət qərarı olmadan uyğur, qazax və tibetlilərə istiqamətli tətbiq olunan səbəbsiz həbs etmə hallarına son qoymağa çağıran qərarı 18 əleyhinə olmaqla 505 müsbət səslə qəbul etdi.

Səsvermədə 47 millət vəkili isə bitərəf səs saldı.

Qərarda Çində uyğur, qazax və tibetlilərə edilən təzyiqdən narahat olunduğu da bildirildi.

Bu insanların vəziyyətinin sürətli şəkildə pisləşdiyi və əsas haqlarının məhdud edildiyi vurğulanan qərarda Sincan Uyğur Muxtar bölgəsindəki düşərgələrin Çinin digər bölgələrinə yayılacağına dair məlumatların da narahatlıq doğurduğu ifadə edilərək, Çindən bütün düşərgələrin  bağladılması istəndi.

Qeyd edək ki, dünya miqyasında xeyli sayda hökumət, beynəlxalq təşkilat və qeyri-hökumət təştilatları Çinin Uyğur Türklərinə yönəldilmiş tətbiqlərinə reaksiya göstərir.

Həmçinin yoxlayın

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral …

Bir cavab yazın