Avropanın böyük ölkələrindən İranın nüvə proqramı ilə bağlı xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropanın əsas ölkələri olan Almaniya, Britaniya və Fransa Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafel Qrossidən İranın nüvə proqramı ilə bağlı hesabatı açıq şəkildə dərc etməyi istəyiblər.

Həmin ölkələr qəbul etdikləri birgə bəyanatda vurğulayıblar ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin fəaliyyətinə mane olmaq və s. belə qanunsuz hərəkətlərinə son qoymalıdır.

Avropa ölkələrinin bəyanatda deyilir: “Təəssüflə baş direktorun hesabatı bir daha təsdiq edir ki, İran Nüvə Sazişi öhdəliklərini pozaraq öz nüvə fəaliyyətlərini genişləndirir. Tehranın son hərəkətləri, o cümlədən sentyabrda Agentliyin müfəttişlərinin fəaliyyətinə imkan verməməsi İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan davamlı imtina etdiyini göstərir”.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …