Cümə , Sentyabr 18 2026
azfa

Axios: “Tramp İranla bağlı hələ yekun qərar verməyib”

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində İranla bağlı vəziyyətin “dəyişkən” olduğunu bildirib. O, bunun səbəbi kimi bölgəyə “böyük bir armada” göndərildiyini qeyd edib, eyni zamanda Tehranın “həqiqətən razılaşma əldə etmək istədiyinə” inandığını deyib.

Bununla bağlı, “Axios” nəşrinin müxbiri Barak Ravid “X” hesabında paylaşım edib.

Tramp bildirib ki, İranın yaxınlığında ABŞ-nin böyük hərbi qüvvəsi yerləşdirilib. Onun sözlərinə görə, bu qüvvə “Venesueladan daha böyükdür”.

Mənbələrin məlumatına əsasən, Tramp hələ İranla bağlı yekun qərar verməyib. Bildirilir ki, ABŞ Prezidenti bu həftə əlavə məsləhətləşmələr aparacaq və ona yeni hərbi seçimlər təqdim olunacaq./ Azad İran

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …