Çərşənbə , İyul 16 2025
azfa

Azərbaycanda 2022-ci il “Şuşa ili” elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda 2022-ci ili “Şuşa ili” elan edildi.

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində bu barədə açıqlama verib.

Azərbaycan prezidenti deyib:

“Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.

Həmçinin yoxlayın

Molla rejimi öyrəncini sosial media paylaşımına görə həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü …

Qərbi Azərbaycan valisi: Urmiya gölünün bərpası üçün son 10 ildə heç bir təsirli iş görülməyib

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani konfransda Urmiya gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab …