Çərşənbə axşamı , İyun 17 2025
azfa

Azərbaycanın hərbi təyyarələri və “Bayraqdar”lar uçuşlara başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, “Bayraqdar” və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

Həmçinin yoxlayın

Azərbaycanın İsraildən Güney Azərbaycanda yaşayış məskənlərini hədəf almamağı istədiyi bildirilir

GADTB: İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük …

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə keçirir

GADTB: Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb. …