ABŞ Dövlət Departamenti Çinin uyğur türklərinə qarşı soyqırımı barədə hesabatını yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamentinin hər il açıqladığı Beynəlxalq Din Azadlığı hesabatında İran, Myanma, Rusiya, Səudiyyə Ərəbistanı və Çin dünyada din azadlıqlarının ən kobud şəkildə pozulduğu ölkələr sırasında göstərilib. Hesabatda Çinin uyğur müsəlmanlar və digər dini və etnik azlıqlara qarşı kütləvi kampaniyası xüsusi vurğulanıb. Hesabatı təqdim edən ABŞ Dövlət katibi Antoni Blinken din azadlıqlarını əsas insan hüquqlarından biri olaraq qeyd edib.

ABŞ Dövlət katibi Antoni Blinkenin bildirdiyi kimi, builki Beynəlxalq Din Azadlığı hesabatında Çinin Uyğur müsəlmanları sistemli şəkildə izləməsi və kütləvi halda həbs etməsi vurğulanır.

 “Çin dinin ifadə edilməsini geniş miqyasda cinayət sayır və müsəlman uyğurlara və digər dini və etnik azlıqların nümayəndələrinə qarşı insanlığa qarşı və soyqırım cinayətlərinə davam edir. Bu gün mən Çenqduda bidətçi dinlərin qarşısının alınması və onlara qarşı mübarizədə üzrə Mərkəzi Aparıcı Qrupun keçmiş ofis direktoru Yu Huinin insan haqlarının kobud şəkildə pozulması, xssusilə də Falun Gong tərəfdarlarının özbaşına həbslərxə iştirak etdiyini elan edirəm. Yu Huinin və onun ailəsinin Birləşmiş Ştatlara daxil olması qadağan edilir.”

Çin soyqırım və insanlığa qarşı cinayət iddialarını rədd edir və “peşə təhsili mərkəzləri” vasitəsi ilə Sincanda ekstremizmə qarşı mübarizə apardığını bildirir. Lakin Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Daniel Nadel Çinin bütün bölgəni faktiki olaraq “açıq havada həbsxanaya” çevirdiyini deyib.

Blinken həmçinin İran və Rusiya kimi dini azlıqları hədəf alan digər ölkələri də qeyd edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …