Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı alim Türkiyənin erməniləri ifşa edə biləcəyi sənədi açıqladı – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alim Türkiyənin erməniləri ifşa edə biləcəyi sənədi açıqlayıb. Ermənişünas alim, BDU-nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi təqdim etdiyi faktla bağlı qeyd edib ki, gördüyünüz bu şəkil adi bir şəkil deyil. Bu, tarixin arxiv sənədidir. Bu sənəddə təsdiq olunur ki, 1914-cü ildə Osmanlı ərazisində aparılan siyahıyaalma nəticəsində ölkə əhalisinin sayı 16.382.272 olub. Onlardan ümumi müsəlmanların sayı 13.273.136 nəfər, yunanların sayı 1.564.946 nəfər, ermənilərin sayı 1.283.704 nəfər, başqa millətlərin sayı isə 260.486 nəfər təşkil edib.

Onun sözlərinə görə, bu sənəddə Türkiyənin 32 vilayətində yaşayan ayrı-ayrı millətlərin, o cümlədən ermənilərin də dəqiq sayı göstərilib:

“Göründüyü kimi, həmin dövrdə bütün Türkiyədə yaşayan ermənilərin sayı 1 milyon 283 min 704 nəfər olub. Onlardan da 300 min erməni xəyanət etdiyinə görə 1915-ci ildə haqlı olaraq Osmanlı Türkiyəsinin köçürmə siyasəti zamanı Avropa ölkələrinə və Amerikaya köç edib. Təxminən bir o qədəri də (yəni 300 min nəfəri) indiki Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərinə gəlib və orada yerli azərbaycanlılara qarşı soyqırım törədərək, öz vətənlərindən didərgin salıb. Başqa bir dəqiq məlumata görə isə 200 mindən çox erməni yerlərindən çıxmamaq üçün milliyyətlərini dəyişdirərək indiyə qədər türk və kürd milləti adı altında həyatlarına davam edirlər. Hansı ki, son zamanlar onların da tör-töküntüləri indiki Ermənistan dövlətinin mənfur siyasətinə uyaraq ya PKK-ya, ya da başqa antitürk qurumlarına qoşulurlar. Onlar da yenidən baş qaldıraraq Türkiyə üçün baş ağrısına çevrilirlər. Beləliklə, sual yaranır ki, bəs ermənilərin uydurduğu soyqırıma məruz qalmış 1,5 milyon rəqəmi hardan çıxdı? Bunun tək bir cavabı var. Bu dünyada onların hər şeyi uydurmadır”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın