Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İraq əhalisi çoxsaylı qurbanlar verməklə İranın əlaltıları qarşısında dirənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq əhalisi çoxsaylı qurbanlar verməklə İranın əlaltıları qarşısında dirənməkdə davam edir.

İraqda irqçi fars rejiminin əhali etirazları qarşısında zorakılıq və iğtişaşları nəticəsində azı 250 nəfər həlak olub, 11 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Al-Hadath telekanalı ölkə parlamentinin insan hüquqları üzrə komitəsinə istinadla məlumat yayıb. Komitədən verilən məlumata əsasən, etiraz aksiyaları başladıqdan bəri 2500 iraqlı saxlanılıb ki, onlardan 500-ü hələ də həbsdədir.

Oktyabrın 30-da insan hüquqları üzrə Ali Komissiya təkcə ötən həftə ölkədə 100 nəfərin həlak olduğu barədə məlumat yayıb. Bununla yanaşı, ordunun operativ qərargahı güc strukturlarının ölüm halları ilə əlaqəsini inkar edərək, Bağdadın bəzi rayonlarında etirazçılara hücum etməkdə şübhəli bilinən cinayətkar qrup üzvlərinin saxlanıldığını bildirib.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib. Bağdadda və ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq olunub.

İraqda fəaliyyət göstərən heç bir partiya və siyasi lider etirazların arxasında durduğu barədə bəyanatlar verməyib. BMT-nin insan hüquqları üzrə Ali komissarı dinc nümayişçilərin həlak olması ilə bağlı açıq təhqiqata başlamağı tələb edib (Azərt

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Bir cavab yazın