Azərbaycanlı fəallar Azərbaycan kəndlərinin əsil adlarını qaytarmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəalları Təbriz bölgəsində iki Azərbaycan kəndilinin əsil adlarının qaytarılması tələbilə, həmin kəndlərin təhrif edilmiş formada yazılmış lövhəsini qaraladılar.

Bu məqsədlə mayın 12-də azərbaycanlı fəallar kənd və yer adlarının farscaya dəyişdirilməsinə etiraz olaraq “Aşağı Gumana” və “Yuxarı Gumana” kənd adlarının təhrif edilərək “Komanec-i Sofla” və “Komanec-i Olya” yazılan lövhələrin üzərində hər iki kəndin qədim əsil türk adlarını yazıblar.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanı farslaşdırıb məhv etmək məqsədilə Azərbaycanda türk yer adlarını təhrif edərək farslaşdırıb. Bu isə haqlı olaraq Azərbaycan türklərinin etirazı ilə qarşılaşıb.

Azərbaycanlı fəallar müxtəlif formalarda Pəhləvi dövründən başlayan və hazırkı rejim dövründə davam etdirilən farslaşdırma siyasətinə qarşı etirazlarını bildirirlər.

Bundan öncə isə azərbaycanlı fəallar Xiyav və Germi bölgələrində oxşar aksiyalarla təhrif edilmiş yer adlarının qaytarılmasını tələb etmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …