Cümə axşamı , Fevral 12 2026
azfa

Azərbaycanlı fəallar Qərbi Azərbaycanın Kürdüstanlaşdırılmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan vilayətində azərbaycanlı milli-mədəni fəallar irqçi və işğalçı fars rejimin Qərbi Azərbaycanın Kürdüstanlaşdırılması məqsədilə bu vilayətə qeyri-yerli kürdün vali təyin edilməsinə etiraz edib, həmin valinin dəyişdirilməsini tələb ediblər.

Azərbaycanlı fəallar kürd terrorizminin tərəfdarı olan kürd vali Şəhriyariyə etiraz etmək məqsədilə geniş şəkildə əskinas pulların üzərində şüarlar yazıblar. Fəallar pulların üzərində “Bu torpaqdan pay olmaz-Urmu Kürdüstan olmaz”, “Urmu türkdür- türk də qalacaq” və s. şüarlar yazıblar.

Həmçinin Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbilin öyrənciləri bəyanat yayaraq, Qərbi Azərbaycana təyin edilən qeyri-yerli valinin dəyişdirilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın